Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti koronavirusun xeyrini açıqladı: Günahsız uşaqları qətlə yetirənlərdən... - FOTO

Xalq artisti koronavirusun xeyrini açıqladı: Günahsız uşaqları qətlə yetirənlərdən... - FOTO

Tarix: 27 Mart 2020 11:08

Xalq artisti Brilliant Dadaşova dünyanı cənginə alan koronavirus epidemiyasından sonra yaranan mənzərəni şərh edib.

Milli.Az xəbər verir ki, xanım sənətçi bu xəstəlik vasitəsi iə təbiətin pisliklərdən təmizləndiyini bildirib.

Xalq artisti dünyadakı karantin rejimini belə analiz edib:

"Təbiət öz qucağını necə də gözəl təmizlədi - Pis insanlardan, şərdən-böhtandan, günahsız uşaqları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib ətrafa pislik yayanlardan. Öz qucağını bərk əliylə təmizlədi, küçələr bomboş... Təbiət biraz nəfəs almaq istəyir. Az da olsa ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər CAHİL deyillər".

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Xalq artisti koronavirusun xeyrini açıqladı Günahsız uşaqları qətlə yetirənlərdən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ