Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''da daha bir koronavirus şoku

''Qalatasaray''da daha bir koronavirus şoku

Tarix: 27 Mart 2020 13:52

"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin vitse-prezidenti Yusuf Günay sosial şəbəkə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib.

Klub rəsmisi testin cavabının müsbət çıxdığını vurğulayıb: "Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdır, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm".

Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.

Milli.Az


Etiketlər:  Qalatasarayda daha koronavirus şoku


RƏYLƏR