Tarix: 27 Mart 2020 13:54
"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb.
Qol.az xəbər verir ki, klub prezidentinin köməkçisi Yusuf Günay Tvitter səhifəsində bu xəstəliyə yoluxduğunu bildirib.
O, koronavirus testinin müsbət çıxdığını qeyd edib: "Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdır, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm".
Xatırladaq ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.