Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 04:08
Bakı. Trend:
Futbol üzrə Türkiyə milli yığmasının sabiq qapıçısı Rüştü Reçber yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Trend-in məlumatına görə, bu barədə öz "İnstaqram" səhifəsində sabiq futbolçunun həyat yoldaşı Işıl Reçber yazıb.
I.Reçber bildirib: "Üzülərək xəbər verirəm ki, biz həyat yoldaşım Rüştünü COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirmişik. Daha əvvəl hər şeyin yaxşı olduğuna baxmayaraq, simptomların qısa zamanda inkişaf etməyi bizi də şoka saldı. Biz testlər keçirdik, oğlumda və qızımda nəticələr mənfi, həyat yoldamışda isə müsbət çıxdı. Hazırda bizə onu ziyarət etmək olmaz və bu ən çətinidir".
Xatırladaq ki, Türkiyədə yeni növ koronavirusa 7402 nəfər yoluxub, 108 nəfər isə dünyasını dəyişib.