Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 14:56
Bakı. Trend:
Qazaxıstanın Karaqanda vilayətində koronavirus epidemiyası ilə əlaqədar 5 şəhər karantinə bağlanacaq.
Trend-in məlumatına görə, qərar martın 30-dan qüvvəyə minəcək.
Qeyd olunur ki, qəbul edilmiş qərar Karaqanda, Temirtau, Saran, Şaxtinsk və Abay şəhərlərinə şamil olunur.
Bu günədək Qazaxıstanda 251 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib.