Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 22:21
Bakı. Trend:
Dənizkənarı Bulvar İdarəsi Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Trend-in məlumatına görə, bu gündən bütün bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib.
Onların yarısı insanları məsuliyyətli olmağa çağıran Evdə Qal! xəbərdaredici bilbordlarıdı. Yarısında isə maarifləndirici məlumatlar əks olunub. Bu bilbordlarda koronavirusun ilkin simptomları barədə məlumat verilir. Virusdan qorunmaq üçün sadə gigiyenik qaydalar, tibbi maska və digər tibbi ləvazimatlardan istifadə qaydaları izah olunur. Bilbordlarda küçədə davranış üzrə təlimatlar da yer alıb.
Evdə qal! çağırışı ilə olan bilbordlar əsasən nəqliyyat vasitələrinin gur axını olan yerlərdə yerləşdirilib. Harada ki, sürücülər bu çağırışları sükan arxasından aydın görə biləcələr. Təlimatlar olan bilbordlar isə əsasən piyada keçidləri üzərində və avtobus dayancaqları istiqamətində yerləşdirilib. Vətəndaşlar dayanacaqda olarkən, ya da keçiddən keçmək istəyərkən məlumatları oxuya biləcəklər.
Ümumilikdə bulvarın ən birinci avtomobil girişindən ən sonuncu piyada keçidinə qədər bütün çıxışlarda və ya çıxışlararası ərazilərdə xəbərdaredici və ya təlimatlandırıcı olmaqla ümumilikdə 34 bilbord yerləşdirilib.