Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 06:04
Bakı. Trend:
Suriyada yeni növ koroanvirusdan (COVİD-19) ikinci ölüm halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Suriya hakimiyyəti koronavirusayoluxan xəstələr üçün Dəməşqin yaxınlığındakı Zabadani şəhərində "Əl-Vətəni" xəstəxanası yanında yaradılmış tibb mərkəzini ayırıb. Tibb mərkəzində epidemiyalarla mübarizə üçün hazırlanan 200-dən artıq həkim və tibb personalı çalışır.
Martın 31-i yerli vaxtla saat 16:00-da Suriyada vətəndaşların əyalətlərarası hərəkətinə qadağa qüvvəyə minəcək. Bu qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.