Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 08:12
Alimlər Kanadanın şimalında Kimberlit vadisində fraqmentləri Atlantik okean üzrə səpələnmiş ən qədim qitənin qalıqlarını aşkar ediblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ən qədim kontinental yer qabığının - Şimali-Atlantik platformanın fraqmenti Baffin adasında, Kanadanın materik hissəsi və Qrenlandiya adası arasında aşkar edilib.
Tapıntı haqqında geoloqlar "Journal of Petrology"də nəşr olunmuş məqalədə məlumat veriblər.
Qiymətləndirmələrə görə, Şimali-Atlantik platforması təxminən 150 milyon il əvvəl hissələrə parçalanıb. Onun qırıntıları indiyədək Qrenlandiya, Şotlandiya və Labrador adasında tapılıb.
Tapılmış fraqment sayəsində alimlər Şimali-Atlantik platformasının onların güman etdikləri ölçüdən 10% daha böyük olduğunu müəyyən ediblər.