Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət əmlakı ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb

Dövlət əmlakı ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb

Tarix: 31 Mart 2020 11:00

Bakı. Trend:

Dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətini daha təkmil aparmaq üçün dövlət müəssisə və təşkilatları tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması” hər il aprelin 1-dək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar bu müddət mayın 1-dək uzadılır.


Etiketlər:  Dövlət əmlakı ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ