Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ford'' 14,5 mindən çox avtomobili geri çağırdı - SƏBƏB?

''Ford'' 14,5 mindən çox avtomobili geri çağırdı - SƏBƏB?

Tarix: 29 May 2019 20:32

Bakı. Trend:

"Ford" Rusiyada 14,5 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılma Rusiyada 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinədək satılmış "Explorer" modelinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar arxa təkərlərin nizamlanma rıçaqında aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin qəza riskinin artmasına səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ford mindən çox avtomobili geri çağırdı SƏBƏB


RƏYLƏR