Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 12:20
Bakı. Elnur Bağışov - Trend:
İranda 8 apreldən sonra məktəblər, universitetlər və idarələrin fəaliyyətləri bərpa oluna bilər.
Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin sözlərinə görə, bunun üçün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin protokoluna ehtiyac var.
O əlavə edib ki, İranda koronavirusla mübarizə ilə əlaqədar məhdudlaşdırıcı plan nəticəsində şəhərlər arasında səfərlər 30%, benzin istehlakı təxminən 55% azalıb.
İranlı nazir məhdudlaşdırıcı planın 8 aprelədək davam edəcəyini bildirib.
Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (31 mart) 44 606 nəfərin koronavirusa yoluxduğunu, 2 898 nəfərin öldüyünü və 14 656 nəfərin sağaldığını təsdiqləyib.
Bundan əlavə, İranda benzinin 2019-cu il 15 noyabrda bahalaşmasından sonra benzin istehlakı gündəlik 95 milyon litrdən 75 milyon litrədək azalıb. Martın 28-də isə benzin istehlakının gündəlik 49,3 milyon litrə qədər azaldığı bildirilib.