Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 13:42
Bakı. Ceyhun Ələkbərov - Trend:
Təhsil Nazirliyi dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan xəbərə ayıdınlıq gətirib.
Trend-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında sözgedən xəbəri təkzib edib.
Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır:
"Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır. Belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır. Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün".