Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 13:56
Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramının detalları açıqlanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında öz əksini tapıb.
Proqrama görə, bunun 106,4 min nəfəri ticarət, 87 min nəfəri xidmət, 78,8 min nəfəri sənaye, 7,8 min nəfəri nəqliyyat, 24,6 min nəfəri isə digər sektorda çalışır.
Ümumilikdə bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur.