Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 12:03
Bakı. Samir Əli - Trend:
Xüsusi karantin tədbirləri gücləndiriləndən sonra Bakı Nəqliyyat Agentliyinin (BNA) yalnız exspres avtobuslar fəaliyyətə başlayıb.
Trend-in məlumatına görə, bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə artıq 95 avtobus fəaliyyətə başlayıb:
"Dünəndən bu günə 21 min sərnişin daşınıb. Bundan başqa, özəl daşıyıcılar tərəfindən də 4000-ə yaxın sərnişin daşınıb. Hazırda 85 avtobus da ehtiyatda saxlanılır. Lazım olarsa, həmin avtobuslar da xəttə buraxılacaq. Avtobus çatışmazlığı yoxdur, narahatlığa əsas yoxdur. Sadəcə işi olmayan insanlar çölə çıxmasınlar".