Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 15:36
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A Seriyasında mövsümün taleyi ilə bağlı açıqlama verib
Qol.az xəbər verir ki, o, "TMW Radio"ya açıqlamasında mövsümü tamamlamağın əsas prioritet olduğunu deyib. Qurum rəhbəri bildirib ki, mayın 20-də və ya iyunun əvvəlində oyunları keçirmək və iyulun sonuna qədər mövsümü başa vurmaq istəyirlər:
"Avqust və sentyabr variantları da müzakirə olunacaq. Biz növbəti mövsümlə bağlı risk etmək istəmirik. Neytral ərazidə oynamaq ən yaxşı qərar deyil. Amma bu seçimi də nəzərdən keçiririk. 4-5 variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq. İnanıram ki, hətta “Yuventus” da bu qərara qarşı çıxardı".