Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ açıqlanıb

Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ açıqlanıb

Tarix: 30 May 2019 10:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 1 yaşadək olan uşaqların sayı açıqlanıb.

Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 1 yaşadək 1547 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 1700, 2016-cı ildə 1666 uşaq, 2015-ci ildə isə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.

1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1001 (2017-ci ildə 1028, 2016-cı ildə 1090 uşaq) körpə dünyasını dəyişib.

Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur. Bu səbəbdən ötən il 140 (2017-ci ildə 235, 2016-cı ildə 173 körpə) uşaq ölüb.

Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 147 (2017-ci ildə 155, 2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2017-ci ildə 12, 2016-cı ildə 7) körpə dünyasını dəyişib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ