Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 17:46
"Ayaks"ın idman direktoru Mark Overmars Niderland Futbol Federasiyasının liqaları avqustun 3-nə kimi tamamlamaq planını tənqid edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, "Telegraaf" nəşrinə müsahibəsində bu ideyanı narazılıqla qarşıladığını bildirib. Klub rəsmisi Avropa ölkələrinin UEFA-ya təzyiq etdiyini də söyləyib:
"Niyə hazırda pul önəmli, insanların sağlamlığı önəmsizdir? Federasiyanın müstəqil qərar verəcəyini gözləyirdim, amma UEFA-nın arxasında gizlənirlər. Niderlan teleyayım gəlirlərinə İspaniya, İngiltərə, İtaliya, Almaniyadakı qədər asılı deyil. Məncə, böyük ölkələr nəyin bahasına olursa-olsun, matçları keçirmək üçün UEFA-ya təzyiq etdilər. UEFA da bundan yararlanır. Çünki Çempionlar Liqasını keçirməmək milyonlarla avro itkisi deməkdir".
M.Overmars UEFA-nı və yerli federasiyanı ABŞ prezidenti Donald Trampa bənzədib: "Tramp da bir həftə öncə "iqtisadiyyat koronavirusdan daha önəmlidir" demişdir. Niderlandda hər gün 100-dən çox insan koronavirusdan ölür".