Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 07:16
Bakı. Trend:
Çində koronavirusa yoluxan vətəndaşların əksəriyyəti - 94 faizi - tamamilə sağalıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi xəbər yayıb.
Hazırda ölkədə koronavirusa yoluxan 1562 nəfər qalıb ki, bu da bütün vaxt ərzində baş verən yoluxma hallarının ümumi sayının iki faizini təşkil edir, bununla yanaşı, onların sayı gündən-günə azalır. Son hesablamalara görə, Çində COVİD-19 virusuna yoluxanların ümumi sayı 81 639 nəfər təşkil edib, onlardan 76 751 nəfəri müalicə olunub və xəstəxanalardan buraxılıb. Epidemiya nəticəsində 3326 nəfər dünyasını dəyişib, son gün ərzində dörd nəfər ölüb.
29 martda Çin ölkədə epidemiyanın sona çatmasını bəyan edib.