Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 08:48
Airbnb şirkəti, həm ev sahibləri, həm də ev kirayə edənlərinin COVID-19 səbəbiylə yaranmış bütün ziyanı özü qarşılayacağını bildirib. Ümumilikdə bunun üçün $250 milyon nəzərdə tutulub.
Belə ki, 14 mart-31 may tarixləri arasında ev rezervasiya edərək pul ödəyən və ləğv edən turistlərin pulu tam şəkildə geri qaytarılacaq, ev sahiblərinə isə həmişə olduğu kimi 25% kompensasiya Airbnb tərəfindən ödəniləcək.
"Qərara aldıq ki, qonaqlarımızın bütün ödənişlərimiz daxil olmaqla vəsaitləri geri qaytarılsın. Unutmayın ki, bu qərar bir iş qərarı deyil, xalq sağlamlığının qorunmasına əsaslanır."- şirkətin CEO'su Brian Chesky bildirib.
Bundan əlavə, Airbnb super hostları və təcrübəli ev sahibləri üçün 10 milyon dollarlıq bir fond qurur. İşçilər $1 milyon töhfə etdilər, qalan 9 milyon dolları isə Airbnb həmtəsisçiləri Joe Gebbia, Brian Cesky və Nate Blecharchik təmin etdi.