Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Tarix: 5 Aprel 2020 10:24

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az


Etiketlər:  Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ