Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 15:04
Bakı. Samir Əli - Trend:
Bu gün bütün dünyada koronavirusla mübarizə dönəmidir.
Bunu Trend-ə açıqlamasında voleybolçu Ceyran İmanova deyib.
O, bütün Azərbaycan vətəndaşlarını bu virusdan qorunmaq üçün evdə oturmağa çağırıb:
"Bu virusdan bir çox ölkələr saysız-hesabsız itkilər verib və verməkdə davam edirlər. Azərbaycan dövlətİ bu xəstəliyin qarşısını almaq üçün lazımi qabaqlayıcı tədbirlər görüb. Biz də dövlətimizə dəstək olmaq üçün xüsusi karantin qaydalarına riayət etməliyik. İlk növbədə özümüzü, doğmalarımızı qorumaq üçün bu qaydalara əməl etməliyik. Baş verənlərin ciddiliyini anlamalıyıq. Hər kəs bilməlidir ki, biz koronavirusa ancaq qaydalara əməl etməklə qalib gələ bilərik. Bunun üçün də gəlin, bir olaq, bir-birimizə dəstək olaq və evdə qalaq. Zərurət yaranmadığı müddətdə evdən çıxmayaq".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.