Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 23:32
Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 m² sahədə və ev əşyaları qismən yanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.