Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 00:30
Fransanın “Reyms” klubunun həkimi Bernard Qonzales intihar edib.
Qol.az "Le Parisien"ə istinadən xəbər verir ki, 60 yaşlı həkim koronavirus testinin nəticəsi müsbət çıxdıqdan sonra intihar etməyə qərar verib.
B.Qonzalesin intihar etməzdən əvvəl məktub yazdığı bildirilib. Ancaq məktubun məzmunu ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, B.Qonzales və həyat yoldaşı ilə birgə evində karantinə alınmışdı. O, "Reyms"in 20 illik həkimi idi.