Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 07:20
Bakı. Trend:
Son sutkada Kanadada koronavirusa yoluxanların sayı 1,6 mindən çox artaraq 15 512-ə yüksəlib.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazərliyi xəbər yayıb.
Ən çox yoluxma halları Kvebek (7.444), Ontario (4.388) və Alberta (1250) əyalətlərindədir.
Kanadada koronavirus infeksiyasına ilk yoluxma hadisəsi yanvarın 15-də qeydə alınıb, onlardan 280 nəfər ölüb, 3 min nəfər isə sağalıb. Yoluxma hadisələri Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb.
Ölkənin əyalətlərinin yarıdan çoxu fövqəladə vəziyyət tətbiq edib. Martın 21-də Kanadanın Baş naziri Castin Trüdo, bütün ölkə ərazisində fövqəladə vəziyyət elan ediləcəyini istisna etməyib, martın 29-da isə vəziyyətin pisləşəcəyi təqdirdə hərbi qüvvələrin pandemiya ilə mübarizəyə səfərbər oluna biləcəyini söyləyib.