Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komendant saatını pozan futbolçuya 3 aylıq ev həbsi verildi

Komendant saatını pozan futbolçuya 3 aylıq ev həbsi verildi

Tarix: 6 Aprel 2020 11:44

Serbiya polisinin Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunun futbolçusu Aleksandar Priyoviçi həbs etdiyini xəbər vermişdik. 

Sonxeber.net sport24.az-a istinadən xəbər verir ki, buna 29 yaşlı hücumçunun öz ölkəsində tətbiq olunan komendant saatını pozması səbəb olub.

O, yerli vaxtla saat 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul etdiyi üçün polis tərəfindən saxlanılmışdı. Artıq hücumçu səhvini etiraf edib. Serbiyada komendant saatını pozanlara 3 ilə qədər qədər həbs cəzası verilsə də, Priyoviç canını 3 aylıq ev həbsi ilə qurtarıb.

Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün komendant saatı tətbiq edib. İnsanlar axşam 17:00-dan səhər 5:00-a kimi evlərindən çıxmır. Ölkəyə giriş-çıxış tam dayandırılıb, parlament seçkiləri təxirə salınıb, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub.


Etiketlər:  Komendant saatını pozan futbolçuya aylıq həbsi verildi


RƏYLƏR