Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 09:44
Bakı. Samir Əli - Trend:
Koronavirusdan tezliklə qurtulmaq üçün hamını qaydalara riayət etməyə, evdə qalmağa çağırıram.
Bunu Trend-ə açıqlamasında Olimpia çempionu Afaq Sultanova deyib.
O bildirib ki, koronavirus bütün dünyaya çox çətin anlar yaşadır. Bu şəraitdə ev şəraitində qalmaq çətin olsa da, hər kəs buna məcburdur:
"Bu virus hər birimizi çətin vəziyyətə salıb. Ev şəraitində məşqlər çətindir. Lakin buna məcburam, məşqlərimi davam etdirirəm. Ümid edirəm ki, Azərbaycan bu koronavirus bəlasından qurtular. Bu virusdan tezliklə qurtulmaq üçün hamı qaydalara riayət etməyə, evdə qalmağa çağırıram".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.