Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 10:58
Əfsanəvi serbiyalı futbolçu və məşqçi Radomir Antiç vəfat edib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.
Bu barədə "Atletiko"nun mətbuat xidməti məlumat yayıb. Lakin onun ölüm səbəbi açıqlanmayıb.
Futbolçu karyerası ərzində daha çox "Partizan"ın şərəfini qorumuş Antiç, Türkiyənin "Fənərbağça", İspaniyanın "Saraqosa", İngiltərənin "Luton Taun" klublarında da legioner həyatı yaşayıb.
Məşqçilik karyerasına da "Saraqosa"da başlayan serbiyalı mütəxəssis daha sonra "Real", "Real Ovyedo", "Atletiko", "Barselona", "Selta" kimi klublara baş məşqçilik edib. 2008-2010-cu illər aralığında Serbiya yığmasını çalışdıran Antiç, karyerasının son illərində Çində işləyib. O, bu ölkənin "Şandonq Lunenq" və "Hebey Çina Fortune" klublarına rəhbərlik edib.