Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 00:00
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yeni doğulmuş uşaqların və kişilərin SARS-CoV-2-yə yoluxma və ağır simptomların inkişaf riskinin yüksək olduğu araşdırma təqdim edib.
Sonxeber.net xəbər verir ki, elmi işlərin nəticələri kafedranın saytında dərc olunub. Mütəxəssislər ABŞ-da fevralın 12-dən aprelin 2-dək 18 yaşınadək uşaqlarda 2500 COVID-19 halını araşdırıb. Əldə edilən məlumatlar uşaqların böyüklərə nisbətən xəstəliyə daha az həssas olduğunu təsdiqləyir. Virusa yoluxanların yalnız 1.7 faizi uşaqlar olub, baxmayaraq ki, əhalinin 22 faizini təşkil edirlər. Onların yalnız 73 faizində öskürək, hərarət və ya təngənəfəslik özünü göstərib. 18 yaşdan 64 yaşa qədər olanlarda bu göstərici 93 faizdir.
Lakin bəzi uşaqlarda ağır simptomlar müşahidə olunub, 147-si xəstəxanaya yerləşdirilib, beşi reanimasiyaya göndərilib, üçü isə ölüb. Bununla yanaşı 95 körpənin 62 faizi xəstəxanaya yerləşdirilib. Alimlərin fikrincə, həyatın ilk ilində körpələr uşaqlar və böyüklər kimi sabit immunitet reaksiyasına sahib deyil.
Bundan əlavə, araşdırmalar göstərir ki, kişilər qadınlardan daha çox COVID-19-a yoluxur və vəfat edir. Martın 20-nə olan məlumata görə, Qərbi Avropada koronavirusdan ölənlərin təxminən 70 faizini kişilər təşkil edir. (publika.az)