Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 21:25
Müğənni Rüfət Axundov və aktyor Nicat Rəhimov "Xəzər" TV-də yayımlanan "5/5" verilişində qonaq olub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, proqram zamanı onlara dayıları, mərhum Xalq artisti Yaşar Nurinin ailəsi ilə bağlı sual ünvanlanıb. Aparıcı Zaur Kamal onların sənətçinin ailəsi ilə aralarında soyuqluq olduğunu söyləyib.
R.Axundov açıqlamasında aparıcının sözlərini təsdiqləyib:
"Bizim ömrü boyu soyuqluğumuz olub. Yaşar Nuri işgüzar adam idi, başını qaşımağa vaxtı olmurdu. İndi də hərəsinin öz evi var. Rəhimə xanım 4-5 ay öncə bizə gəlmişdi, amma biz getmirik. Toylarda, şənliklərdə görüşürük. Həmişə ağsaqqalıq edib. İndi də hərəsinin öz ailəsi var. Haçan lazım olar gedərik".
Rüfət "Ülkər (Yaşar Nurinin qızı - red.) deyir ki, Rüfət mənimlə duet oxumur, toya aparmır" sözlərinə isə belə reaksiya verib:
"Yaşar müəllim Nicata da, mənə də deyib ki, istedadınız yoxdursa, sizə necə kömək edə bilərəm? İstedadı varsa, bir yerdən çıxacaq. Ona necə yol göstərə bilərəm ki? Mənə yol göstərən olmayıb. Kadrarxası bəzi şeyləri danışaram. Efir üçün deyil. Kişi kimi danışsam, səmimiyyətimi anlayacaqsan".
N.Rəhimov isə "Soyuqluq bütün ailələr arasında olur. Münasibətimiz var, Ülkərlə, Rəhimə xanımla (Yaşar Nurinin həyat yoldaşı - red.) telefonla, "Whatsapp"la danışırıq" deyə, bildirib.