Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp: ABŞ-da koronavirusdan 100 mindən az insan öləcək

Tramp: ABŞ-da koronavirusdan 100 mindən az insan öləcək

Tarix: 11 Aprel 2020 01:44

Bakı. Trend:

ABŞ hakimiyyəti öz təxminlərində düzəlişlər edib və koronavirus infeksiyası səbəbindən 100 mindən az amerikalıın öləcəyinə inanır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp brifinq zamanı deyib.

D.Tramp bildirib: "Daha əvvəl bildirilirdi ki, 100 mindən 225 minə qədər, heç bir tədbir görülməsə 2,2 milyon insan öləcək. Sonda nə olacağını görəcəyik, lakin indi 100 mindən daha az olacağı görünür".

Qeyd edək ki, Con Hopkins Universitetinin hesabatın əsasən, dünyada koronavirusa yoluxma hallarının sayı 1,6 milyonu, ölənlərin isə sayı 100 mini ötüb. Xəstəlikdən 368 mindən artıq insan sağalıb.


Etiketlər:  Tramp ABŞ koronavirusdan mindən insan öləcək


RƏYLƏR