Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 07:04
Yaponiyanın "Riken" Təbii Elmlər İnstitutu yanında kompüter tədqiqatları mərkəzi koronavirusla bağlı tədqiqatlar üçün "Fugaku" superkompüterindən istifadə etmək niyyətindədir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "biz yeni koronavirusla mübarizə ilə bağlı tədqiqatlar üçün "Fugaku" superkompüterinin gücündən istifadə etməyə qərar verdik" - xəbərdə deyilir. Mərkəzdən bildirilib ki, 2021-ci ilədək rəsmi istismara verilməli olan "Fugaku" superkompüterini artıq indi mürəkkəb simulyasiyaların həyata keçirilməsi və böyük məlumat massivlərinin təhlili üçün istifadə etmək olar.
"Fugaku" superkompüteri ötən ilin avqustunda öz fəaliyyətini dayandırmış populyar "K" superkompüterinin varisi olacaq. 2011-ci ildən 2019-cu ilədək fəaliyyət göstərdiyi müddətdə "K" superkompüteri təbii fəlakətlərin mürəkkəb simulyasiyalarını həyata keçirmək və onlarla mübarizə aparmaq, tibb və başqa sahələrdə modelləşdirmələr üçün istifadə edilib. "Fugaku" superkompüterinin hazırlanmasına ümumilikdə təxminən 1 milyard dollar xərclənəcəyi təxmin edilir.