Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə də futbol bərpa olunur – Aprelin 19-dan

Bu ölkədə də futbol bərpa olunur – Aprelin 19-dan

Tarix: 11 Aprel 2020 13:16

Dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunur.

Qol.az xəbər verir ki, ölkənin Futbol Federasiyası milli çempionatın matçlarının aprelin 19-dan davam etdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.

Rəsmi məlumata əsasən, bu ölkədə COVİD-19 virusu aşkar edilməyib. “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı bildirir ki, Türkmənistanda “koronavirus” sözünün işlənməsinə qadağa qoyulub.

Əlavə edək ki, hazırda Belarus, Burundi, Nikaraqua, Tacikistan və Myanmada yerli çempionatlar davam etdirilir.
 

 


Etiketlər:  ölkədə futbol bərpa olunur Aprelin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ