Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DANX: 700-ə yaxın sürücünün taksi fəaliyyətinə icazə verilib

DANX: 700-ə yaxın sürücünün taksi fəaliyyətinə icazə verilib

Tarix: 11 Aprel 2020 15:03

Bakı. Ceyhun Ələkbərov -Trend:

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən 679 nəfər taksi fəaliyyəti göstərən şəxslə bağlı məlumat "icaze.e-gov.az" portalına göndərilib.

Trend-in məlumatına görə, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu saata qədər Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 679 nəfər taksi fəaliyyəti göstərən şəxslərin taksi fəaliyyətinə icazə verilib.

Xatırladaq ki, Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla Azərbaycanın regionlarında fəaliyyət göstərən taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə bilərlər.


Etiketlər:  DANX 700 ə yaxın sürücünün taksi fəaliyyətinə icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ