Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 15:12
Bu yay keçirilməsi nəzərdə tutulan Beynəlxalq Çempionlar Kubokunun ləğv olunmasından ən çox “Barselona” və “Real” ziyan çəkəcək.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, hər iki komanda bu turnir cəvrçivəsində Las-Veqasdakı yeni stadionda qarılaşmalı və buna görə 18 milyon avro qonorar almalı idi. Amma koronavirus pandemiyasınına görə yarışın ləğvi səbəbindən klublar külli miqdarda pul itiriblər.
Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku 2013-cü ildən başlayaraq bir neçə məşhur klubun iştirakı ilə əsasən ABŞ və Asiyanın bəzi şəhərlərində keçirilir.