Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 10:12
Bakı. Trend:
Hindistanda son bir gündə yeni koronavirus COVID-19 ilə 909 yeni yoluxma hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Ailə Rifah Nazirliyi xəbər yayıb.
Ümumilikdə ölkədə koronavirusa 8 356 nəfər yoluxub, 715 nəfər sağalıb, 273 nəfər ölüb.
Yoluxanların ən çox sayı Maharaştra əyalətindədir - 1761 nəfər. Ardınca 1 069 yoluxma halı ilə Deli və daha sonra 969 yoluxma ilə Tamiland gəlir.