Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejimini pozan 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Karantin rejimini pozan 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Tarix: 12 Aprel 2020 11:28

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11.04.2020-ci il saat 00:00-dan 12.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Sonxeber.net-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Qeyd olunub ki,  ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Etiketlər:  Karantin rejimini pozan 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


RƏYLƏR