Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 09:28
Bakı. Trend:
Qazaxıstanda yeni növ koronavirusa daha 10 nəfər yoluxub.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Qızılorda vilayətində (1), Almatı (7) və Nur-Sultan (2) şəhərlərində qeydə alınıb.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 961 nəfərə çatıb.
Bildirilir ki, ən çox yoluxma halları Nur-Sultan (253) və Almatı (172) şəhərlərində qeydə alınıb.
Qeyd edək ki, Qazaxıstanda yeni növ koronavirusdan 10 nəfər ölüb, 64 nəfər isə sağalıb.