Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 15:25
Bakı. Trend:
Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu gündən etibarən “Nargis” Fondu tərəfindən Bakı, Bakı ətrafı və Sumqayıt üzrə 40-dan çox ağbirçək və ağsaqqallarımız bir aylıq ərzaq məhsulları ilə təmin edilib.
Fonddan Trend-ə verilən məlumata görə, bu müddət ərzində virusla əlaqədar köməyə ehtiyacı yaranan müxtəlif kateqoriyalı insanlardan bizə çoxlu müraciətlər daxil olub:
“Nargis” fondu olaraq heç kəsin halına biganə qala bilmirik. Müraciət etmiş hər bir şəxslə ayrılıqda əlaqə saxlayıb qeydiyyata aldıq. Beləliklə “Nargis” fondu olaraq xeyriyyə kampaniyamızı davam edirik. Bu xeyirxah işdə bizə qoşulmaq, vətəndaşlarımıza dəstək olmaq istəyən hər kəs bizə müraciət edə bilər. Özünüzü qoruyun"!