Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 18:40
Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar "7. Koğuştaki Mucize" türk filmini izləyib və uşaq kimi ağlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "İnstaqram" hesabından şəklini paylaşdığı filmlə bağlı yazıb: "Uşağı olanlar hazırda nə düşündüyümü anlaya bilər. Necə film idi! Uşaqlar kimi ağladım".
Qeyd edək ki, "7. Koğuştaki Mucize" filmi 5 milyon 300 min insan tərəfindən izlənilib və Türkiyədə 2019-ci ilin ən çox baxılan filmi olub.