Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 20:26
"Düşünürəm ki, zəif futbolçu yoxdur. Kiminsə zəif olduğunu da demək istəməzdim. Hansısa futbolçu oyun üslubuna görə, getdiyi komandaya uyğunlaşmaya bilər".
Bu sözləri "Qəbələ"nin sabiq kapitanı Luis Paulo Hilario Dodo deyib.
2011-16-cı illərdə ölkəmizdə legioner həyatı yaşamış braziliyalı yarımmüdafiəçi həmin illər ərzində üz-üzə gəldiyi ən güclü müdafiəçinin adını açıqlayıb. 33 yaşlı hücumameyilli futbolçu "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu fərqləndirib: "Normalda çox təvazökar insanam. Amma Azərbaycanda mən müdafiəçilərə daha çox çətinlik yaratdım, nəinki onlar mənə. Əlbəttə, çox hörmət bəslədiyim və azarkeşlik etdiyim bir müdafiəçi var idi. O, çox oynayırdı. Həmin futbolçu "Qarabağ"ın kapitanı Rəşad Sadıqovdur. Bu günə qədər onu izləyirəm".
Qeyd edək ki, Dodo hazırda Latviya klubu "Liepaya"da çıxış edir.(apasport.az)