Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 22:18
Belarus Futbol Federasiyası qadınların milli çempionatının startını təxirə salıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna yarışda iştirak edəcək bir neçə futbolçunun koronavirusun mümkün daşıyıcıları ilə ünsiyyəti səbəb olub.
Birinci tur 16-18 aprel tarixlərində keçirilməli idi. Ancaq matçların növbəti xəbərdarlığa kimi təxirə salınmasına qərar verib.
Qeyd edək ki, Belarusda kişilərin çempionatı Avropada koronavirusa baxmayaraq, davam edən yeganə yarışdır.