Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 07:44
"Apple" və "Google" şirkətlərinin mühəndislərinin birgə səyləri nəticəsində koronavirus infeksiyasının yayılması ilə mübarizə üçün "Bluetooth" texnologiyasının tətbiqinə imkan verən desentralizasiya edilmiş alət hazırlanır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkətlər tərəfindən əməliyyat sistemləri səviyyəsində əlavələrin proqramlaşdırılması interfeysi (API) və texnologiyaların daxil olduğu kontaktları izləməyə kömək edəcək kompleks həllin buraxılışı nəzərdə tutulur.
Məlumata görə, həllin iki mərhələdə tətbiqi planlaşdırılır - mayda səhiyyə xidmətlərinin proqramlarından istifadə zamanı "Android" və "iOS" əməliyyat sistemli qurğular arasında uyğunluğu təmin edən əlavələrin proqramlaşdırılması interfeysi buraxılacaq, yaxın aylarda isə şirkətlərin əməliyyat sistemlərinə müvafiq funksionallıq quraşdırılmaqla "Bluetooth" əsasında kontaktların izlənilməsi üçün platforma təqdim ediləcək.
"Apple" nümayəndələrinin sözlərinə görə, bu, əlavələrin proqramlaşdırılması interfeysindən daha dayanıqlı həldir: o, istifadəçilərə kontaktların izlənilməsini işə salmağa və daha geniş əlavələr ekosistemi və səhiyyə xidmətləri ilə əlaqəni təmin etməyə imkan verəcək.