Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 08:56
Apple şirkətinin naqilsiz AirPower şarj stansiyası üzərində işlərə yenidən start verdiyi barəsində məlumatlar ortaya çıxandan sonra insayder Jon Prosser cihazın konsept fotosunu və onun barəsində bəzi yeni məlumatları təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Jon Prosser-in verdiyi məlumata əsasən AirPower şarj stansiyası C68 kod adına sahibdir.
Bununla yanaşı şarj stansiyası sağ tərəfdən Lightning girişinə sahib olacaq və həmçinin Apple A11 prosessoru ilə təchiz olunacaq. Cihazın xarici görünüşü barəsində şirkət yekun qərar verməyib. Buna görə də onun final versiyası bir qədər fərqlənə bilər. Əgər hər şey yaxşı getsə, Apple şirkəti AirPower-i bu ilin sonunda və ya gələn ilin əvvəlində təqdim edə bilər. İnsayder qeyd edib ki, naqilsiz şarj stansiyasının iqyməti 250$ təşkil edəcək.