Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa üçün son tarix

Premyer Liqa üçün son tarix

Tarix: 16 Aprel 2020 13:36

Premyer Liqa klublarının rəhbərləri sabah turnirin gələcəyini müzakirə edəcəklər.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, oyunçuların müqavilələrində problem yaşamamaq üçün mövsümü iyunun 30-da bitirmək planlaşdırılır.

Məlumata görə, bir neçə futbolçunun sözləşməsi sona çatmaq üzrədir. Bununla yanaşı, klublar mövsümün tamamlanmasını istəyir. Onlar heç bir halda çempionatın ləğv edilməsinin tərafdarı deyillər.

FİFA oyunçuların mövsüm bitənə qədər komandalarda qalacağını açıqlasa da, Premyer Liqa təmsilçiləri futbolçuların klubu tərk edə biləcəyini düşünür. Bu səbəbdən də klublar mayın sonunda məşqləri bərpa etmək niyyətindədirlər. İyunun axırı isə liqanın tamamlanacağı bildirilir.

Qeyde dək ki, çempionatın başa çatmasına 9 tur qalıb.


Etiketlər:  Premyer Liqa üçün tarix


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ