Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 17:28
AFFA hakimlərə koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətlə əlaqədar kompensasiya ödəyəcək.
Qol.az xəbər verir ki, bu barədə AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına açıqlamasında deyib.
O bildirib ki, 2019-cu ilin yayından hakimliklərə kompensiyaya veriləcək. Bu, kompensasiya o vaxtdan indiyə kimi oyun idarə etməyən referilərə də şamil olunacaq:
"Azərbaycanda hakimlərin 95 faizinin qonorar hesabına dolanır və hazırda dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətdən dəstək alır. Hakimlərin 2019-cu ilin yayından bəri orta hesabla nə qədər qazanmaqlarından asılı olmayaraq, hamıya pul paylanacaq. Çünki hazırda çempionatların dayanması onların günahı deyil" - Ştixlik bildirib.