Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 13:40
Bakı. Trend:
Cari ilin ilk rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Şimali Amerika ölkələrinə investisiyalarını artırıb.
Trend Dövlət Neft Fondunun 2020-ci ilin 3 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il martın 31-nə Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 27,22 faizi Şimali Amerika təşkil edib. Ötən ilin sonuna olan məlumata görə isə ARDNF-in coğrafi regionlar üzrə təsnifatında 24,91 faizi Şimali Amerika təşkil edirdi. Beləliklə də, cari ilin yanvar-mart aylarında Neft Fondu Şimali Amerika ölkələrinə investisiyalarını 2,31 faiz artırıb.
Dövlət Neft Fondunun Avstraliya-Yeni Zelandiyaya investisiyaları isə azalıb. Belə ki, Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalar cari ilin ilk rübündə keçən ilin sonu ilə müqayisə 2,04 faizdən 1,09 faizə düşüb.