Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusla bağlı bildiyimiz bəzi şeylər yanlış imiş - Həkim 16 FAKTI AÇDI

Koronavirusla bağlı bildiyimiz bəzi şeylər yanlış imiş - Həkim 16 FAKTI AÇDI

Tarix: 17 Aprel 2020 14:06

Dokuz Eylül Universitetinin pandemiya şöbəsinin müdiri Yusif Sarvan COVID-19-un aylarla davam edəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, tanınmış həkim virusun yay aylarında da sürətlə yayılacağı proqnozunu verib. Həkimin koronavirusla bağlı etdiyi xədərdarlığı təqdim edirik:

Ne diyorsun doktor? Doç.Dr.Yusuf Sarvan: Türkiye'de ölüm sayısı ...

1. COVID-19 ilə aylarla yaşayacağıq. Bunu inkar etməyək, çaxnaşma da yaratmayaq. Gəlin həyatı lazımsız yerə çətinləşdirməyək. Xoşbəxt olmağı və bu həqiqətlə yaşamağı öyrənək.

2. Virusun təsirini yay azaltmayacaq. Artıq Braziliya və Argentinada yaydır, ancaq virus sürətlə yayılır.

3. Çox su içməklə hüceyrələrə nüfuz edən koronavirusu məhv edə bilməzsiniz, sadəcə tualetə tez-tez gedəcəksiniz.

4. Əl yumaq və 1,8 metr məsafədə dayanmaq virusdan qorunmaq üçün ən yaxşı üsuldur. Evdə COVID-19 xəstəsi yoxdursa, səthləri dezinfeksiya etmək lazım deyil.

5. Yük paketləri, qaz nasosları, alış-veriş arabaları və ya bankomatlar infeksiyaya səbəb olmur. Əllərinizi yuyun, normal həyat sürün.

6. Koronavirus qidadan qaynaqlanan infeksiya deyil. Qrip kimi hava-damcı yolu ilə yayılır.

7. Saunaya girmək hüceyrəyə nüfuz edən koronavirusu öldürmür.

8. Bir çox allergiya və viral infeksiya ilə qoxu hissinizi itirə bilərsiniz. Bu, COVID-19 üçün qeyri-spesifik simptomdur.

9. Evə gəldikdən sonra paltarınızı dəyişdirməyiniz və təcili olaraq duş qəbul etməyiniz lazım deyil.

10. Koronavirus havada asılmır. Yaxın təmas tələb edən hava-damcı infeksiyasıdır. Hava təmizdir; bağlarda, parklarda (məsafə saxlayaraq) gəzə bilərsiniz.

11. COVID-19 irqi və ya dini ayırmır, bütün insanlara ötürülür.

12. Koronaya qarşı adi sabun istifadə etmək kifayətdir, antibakterial sabun almaq mütləq deyil. Virus, onsuz da, bakteriya deyil.

13. Yemək sifarişlərinizdən narahat olmaq lazım deyil. Ancaq çox narahat olsanız, bir az isidə bilərsiniz.

14. COVID-19-u evinizə ayaqqabı ilə gətirmək və xəstələnmək şansınız, gündə iki dəfə sizi ildırım vurması ilə eynidir. 20 ildir viruslara qarşı işləyirəm, hava-damcı infeksiyası bu cür yayılmır.

15. Sirkə, sumax, soda və zəncəfil virusdan qorumur.

16. Əlcək taxmaq pis fikirdir, virus əlcəkdə toplana bilər, üzünüzə toxunsanız, asanlıqla ötürülə bilər. Əllərinizi yumaq ən yaxşısıdır. /Publika.az

Milli.Az


Etiketlər:  Koronavirusla bağlı bildiyimiz bəzi şeylər yanlış imiş Həkim 16 FAKTI AÇDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ