Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lixtenşteyn Knyazlığında COVİD-19 ilə mübarizədə aparılan tədqiqat və yeni alqoritmlər inam verir

Lixtenşteyn Knyazlığında COVİD-19 ilə mübarizədə aparılan tədqiqat və yeni alqoritmlər inam verir

Tarix: 17 Aprel 2020 23:54

Lixtenşteyn Knyazlığında COVİD-19 virusunun əlamətlərinin vaxtında kəşf edilməsi üçün Knyazlıq tərəfindən maliyyələşdırilən tədqiqat həyata keçirilməkdədir.

Azərbaycanın İsveçrədəki Səfirliyindən Sonxeber.net-a verilən məlumata əsasən, tədqiqat nəticəsində sensorlu qolbaq vasitəsi ilə COVİD-19 virusunun əlamətlərinin vaxtında aşkar olunmasının mümkünlüyünü araşdırılmaqdır. Araşdırmada təxminən 2000 vətəndaş iştirak etmişdir. İlkin nəticələrin cari ilin payızında mövcud olacağı bildirilib.

Tədqiqatın əsas məqsədi 2020-ci ilin ikinci yarısında mümkün ola biləcək ikinci pandemiya dalğasına qarşı hazırlıqlı olmaqdır. Yoluxmanın əlamətlərinin vaxtında aşkarlanması xəstənin daha tez bir zamanda izolyasiyası və xəstələrin məqsədyönlü müalicəsinə, səhiyyə personalının və səhiyyə sisteminin qorunmasına yol açacaqdır.

Sensorlu qolbaq rəqəmsal sağlamlıq və qadınların reproduktiv sağlamlığı sahəsində fəaliyyət göstərən "Ava" firmasına məxsusdur. Tibbi qolbaq insan yuxuda olan zaman temperaturuna, ürək döyüntüsünə, nəfəsalma tezliyinə nəzarət edən cihazdır. Araşdırma zamanı bu qolbağın artıq mövcud olan xüsusiyyətlərinin COVİD-19 virusuna yoluxmuş xəstələrin göstəriciləri ilə əlaqələndirilməsinə və simptomların vaxtında arşar olunmasına önəm veriləcək və yeni alqoritmlər yaradılaraq bu virusun göstəriciləri ilə birləşdiriləcəkdir.


Etiketlər:  Lixtenşteyn Knyazlığında COVİD ilə mübarizədə aparılan tədqiqat yeni alqoritmlər inam verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ