Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp ''WTI'' markalı neftin qiymətinin düşməsini izah edib

Tramp ''WTI'' markalı neftin qiymətinin düşməsini izah edib

Tarix: 21 Aprel 2020 08:56

"WTI" markalı neftin qiymətinin düşməsi əsasən maliyyə təzyiqləri nəticəsində baş verən qısamüddətli haldır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: "Əgər siz bir ay əvvələ nəzər salsanız, düşünürəm ki, bir barelin qiyməti təxminən 25-28 dollar idi. Bu, neft məsələsindən daha çox maliyyə məsələsidir. Bu, sadəcə maliyyə təzyiqidir. Daha əvvəl heç kim neftin qiymətinin mənfiiyə düşməsi barədə eşitməyib, lakin bu qısamüddətli haldır".


Etiketlər:  Tramp markalı neftin qiymətinin düşməsini izah edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ