Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 09:54
Bakı. Samir Əli - Trend:
Abşeron rayonunda evdə meyit tapılıb.
Trend-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsi, Afiq Abdullayev küçəsi nömrəsiz evdə baş verib. Həmin evdə yaşayan 1968-ci il təvəllüdlü Əsədullayev Səməd Yəhya oğlunun meyiti aşkar edilib.
Belə ki, meyiti evdəki otaqların birindən onun oğlu Əliağa Əsədullayev tapıb.
S.Əsədullayevin hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.